İspaniyanın "Real Madrid" klubu futbolçusu Vinisius Juniorun müqaviləsinin müddətini uzadacaq.
Sportnet.az "Globo" nəşrinə istinadən xəbər verir ki, tərəflər sözləşmənin 2028-ci ilədək uzuadılması ilə bağlı razılığa gəliblər.
Juniorun maaşının əhəmiyyətli dərəcədə artırılacağı bildirilib. Braziliyalı oyunçunun hazırkı müqaviləsi 2024-cü ildə başa çatmalıdır.
Qeyd edək ki, Vinisius Junior cari mövsüm İspaniya La Liqasında 34 oyunda iştirak edib, 17 qol 13 məhsuldar ötürmə ilə yadda qalıb.