
Qətərdə üzərində 2022-ci il dünya çempionatının rəsmi loqosu olan 50 avtomobil nömrəsi satılıb.
Sportnet.az xəbər verir ki, ən bahalı nömrənin qiyməti təxminən 495 min ABŞ dolları təşkil edib.
Bildirilib ki, sifariş verən şəxslər 2 gün ərzində ödəniş etməsə, nömrəni almaq hüququnu itiricəklər. Bundan başqa, həmin şəxs cərimə olunacaq.
Nömrə nişanları iyunda avtomobillərə quraşdırılacaq.
Qeyd edək ki, Qətərdə keçiriləcək mundial noyabrın 21-də başlayacaq və dekabrın 18-dək davam edəcək.