Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina milli komandaları arasında oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Finalissima" adı verilən görüş İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunub.
Qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Komandanın ilk qolunu 28-ci dəqiqədə Lautaro Martines vurub. 45+1-ci dəqiqədə Anxel Di Mariya fərqi iki topa çatdırıb. 90+4-cü dəqiqədə isə Paulo Dibala görüşdə son nöqtəni qoyub.
Beləliklə, Argentina "Finalissima"nın kubokunu başı üzərinə qaldırıb.
Finalissima
1 iyun
22:45. İtaliya - Argentina - 0:3
Qol: Lautaro Martines, 28. Anxel Di Mariya, 45+1. Paulo Dibala, 90+4
Baş hakim: Pyero Masa (Çili)
London, "Uembli" stadionu
Qeyd edək ki, görüş UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutub.