Şotlandiya və Ukrayna milliləri arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan qarşılaşma Ukraynanın 3:1 hesablı qələbəsi ilə bitib.
Komandanın ilk qollarını 33-cü dəqiqədə Andrey Yarmolenko, 49-cu dəqiqədə isə Roman Yaremçuk vurub. 79-cu dəqiqədə Kallum Makqreqor fərqi azaltsa da, meydan sahiblərinin bundan artığına gücü çatmayıb. Əvəzində, 90+5-ci dəqiqədə Artyom Dovbik fərqlənərək görüşdə son nöqtəni qoyub.
Ukrayna finalda Uels seçməsi ilə üz-üzə gələcək. İyunun 5-də Kardiffdə baş tutacaq matç mundiala sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.
Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi. DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
------------------------------------------------
Bu gün Şotlandiya və Ukrayna milli komandaları arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinintəxirə salınmış yarımfinal oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü niderlandlı FIFA referisi Denni Makkelli idarə edəcək.
Cütün qalibi finalda Uelslə qarşılaşacaq. İyunun 5-də Kardiffdə baş tutacaq matç DÇ-2022-yə sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.
Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.
DÇ-2022, pley-off mərhələsi, yarımfinal
Təxirə salınmış oyun
1 iyun
22:45. Şotlandiya - Ukrayna - 1:3
Qol: Kallum Makqreqor, 79 - Andrey Yarmolenko, 33. Roman Yaremçuk, 49. Artyom Dovbik, 90+5
Baş hakim: Denni Makkelli (Niderland)
Qlazqo, "Hempden Park" stadionu
Qeyd edək ki, mundial noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.