
Argentina millisinin və Fransa PSJ-sinin futbolçusu Lionel Messi karyerasında 40-cı kubokunu qazanıb.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı hücumçu buna "Finalissima"da İtaliyanı 3:0 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.
Təcrübəli forvard əldə etdiyi titulların sayına görə İspaniya "Barselona"sındakı sabiq komanda yoldaşı Andres İnyestanı geridə qoyub.
Bu göstəricidə "Barselona"nın və Braziliya millisinin oyunçusu Daniel Alveş liderdir. 39 yaşlı cinah müdafiəçisi karyerası ərzində 47 kuboka sahib olub.