"3 xal qazana bilmədiyimiz üçün məyusuq".
Sportnet.az xəbər verir ki, bunu Belarus yığmasının qapıçısı Pavel Pavlyuçenko Azərbaycanla qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının II tur matçından sonra yerli assosiasiyanın rəsmi saytına açıqlamasında deyib.
24 yaşlı qolkiperin fikrincə, xüsusən oyunun sonlarında hücuma atılmalı idilər: "Biz rəqibi sıxmalı idik. Çünki onlar oyunun sonlarında qırmızı vərəqə almışdılar. Bizə qələbə lazım idi. İlk növbədə, komanda oyunu gəlir. Düzdür, 1 xal qazandıq, amma daha yaxşı olardı ki, mən top buraxsam belə, biz 2:1 hesabı ilə qalib gələrdik".
Pavlyuçenko iyunun 10-da Qazaxıstanla keçirəcəkləri qarşılaşmadan qalib ayrılmaq niyyətində olduqlarını vurğulayıb: "Bayağı səslənsə də, Qazaxıstanla oyundan 3 xal gözləyirik".