1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Onun üçün mövsüm bitdi
Türkiyə Super Liqasının XXV turunda "Fənərbaxça" ilə qarşılaşma "Beşiktaş" üçün uğursuz olub. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar"ın qapıçısı Tolqa Zəngin oyun zamanı zədələnib.
Artıq 32 yaşlı əlcək sahibinin vəziyyətinə aydınlıq gəlib. Türkiyəli çərçivə qoruyucusu cari mövsümdə komandasına kömək edə bilməyəcək. Onun sağ arxa əzələsində 4-cü dərəcəli yırtıq aşkarlanıb.
Qeyd edək ki, Tolqa Zəngin komandasının 0:1 hesabı ilə məğlub olduğu matçın 44-cü dəqiqəsində yerini Günay Güvəncə verib.