
Bir müddət "Xəzər Lənkəran"da fəaliyyət göstərən Mustafa Dənizli Türkiyə Super Liqasında favoritini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Lig TV-də şərhçi kimi çalışan Dənizli "Qalatasaray"ın çempionluq yarışında öndə olduğunu deyib:
"3-4 həftə bundan əvvəl bir neçə komanda çempionluq iddiasını davam etdirirdi. İndi çempionluğa daha yaxın "Qalatasaray"dır. Onlar bir addım öndədirlər".
Qeyd edək ki, 2013-cü ilin dekabrında "Xəzər Lənkəran"a baş məşqçi təyin olunan Mustafa Dənizlinin Azərbaycan karyerası bir neçə ay sonra başa çatıb.










































































