“Səbail” klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
Sportnet.az xəbər verir ki, klubun Müşahidə Şurasının qərarı ilə sözügedən vəzifə Sənəm Fərhadlıya tapşırılıb.
Qeyd edək ki, Sənəm Fərhadlı Bakı Slavyan Universitetinin Azərbaycan Filologiyası və Jurnalistika fakültəsini bitirib və daha öncə “Futbol+” qəzetində çalışıb.