“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqes İsraildən təklif alıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Beer-Şeva “Hapoel”inin maraq dairəsindədir.
Yüksək liqa təmsilçisi 26 yaşlı “sambaçı” ya görə Ağdam təmsilçisinə 400 min avro təklif edib.
Qeyd edək ki, Kadi Borqes ötən mövsüm 12 qolla Premyer Liqanın bombardiri olub. Onun “Qarabağ”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.