
"Turan Tovuz" növbəti transferini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi müdafiəçi Tərlan Quliyevi transfer edib.
Milli komandanın da şərəfini qorumuş 30 yaşlı oyunçu ilə imzalanmış müqavilənin müddəti 1 illikdir.
Tərlan Quliyevin son klubu "Şamaxı" olub.
Qeyd edək ki, "Turan Tovuz" bir gündə 4 transfer həyata keçirib. Klub daha əvvəl Kamal Bayramov, Şəhriyar Əliyev və Tərlan Əhmədlini heyətinə qatıb.