“Qəbələ” 2022/2023 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanıb.
Sportnet.az xəbər verir ki, Boluda təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” iyulun 13-dək qonşu ölkədə hazırlaşacaq.
Hazırlıq prosesində “Qəbələ” iki yoxlama oyunu keçirəcək. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında qüvvəsini sınayacaq “qırmızı-qaralar” II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la görüşəcək. İlk oyun iyulun 21-də səfərdə, cavab qarşılaşması bir həftə sonra Qəbələdə baş tutacaq.