
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərənin "Vulverhempton" klubunun düşərgəsinə qoşulub.
Sportnet.az-ın məlumatına görə, bu barədə "canavarlar"ın rəsmi instaqram hesabında paylaşım edilib.
Qeyd edək ki, 2019-cu ildə "Vulverhempton"lə müqavilə imzalayan Renat Dadaşov müxtəlif klublara icarəyə verilib. 23 yaşlı hücumçu son mövsüm Portuqaliyada "Tondela"nın formasını geyinib.