"Yeddi illik yalan və manipulyasiyadan sonra ədalətin, nəhayət, zəfər çalmasından şadam. İnanın mənə, dünya futbolunun əfsanəsindən şeytana çevrilmək çox ağırdır".
Sportnet.az-ın məlumatına görə, bunu UEFA-nın sabiq prezidenti Mişel Platini İsveçrə məhkəməsinin ona və FIFA-nın keçmiş rəhbəri Jozef Blatterə dələduzluq, yanlış idarəetmə və qiymətli kağızların saxtalaşdırılması ilə bağlı bəraət hökmü çıxarmasını şərh edərkən deyib.
Fransalı veteran futbolçu bildirib ki, onun mübarizəsi ədalətsizliyə qarşıdır: "İlk oyunda qalib gəldim. Eyni zamanda, bu məhkəməyə gəlməyən cinayətkarlar da var. Qoy onlar mənə güvənsinlər, biz yenidən görüşəcəyik. Çünki mən təslim olmayacağam və həqiqətin arxasınca sona qədər gedəcəyəm".