İngiltərənin "Mançester Siti" klubu futbolçusu Rodriqo Ernandes (Rodri) ilə müqaviləni uzadıb.
Sportnet.az "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək anlaşma əldə olunub.
26 yaşlı oyunçu bu komandaya 2019-cu ilin yayında İspaniya "Atletiko"sundan keçib. O, "Mançester Siti"də 151 matçda 13 qol və 9 məhsuldar ötürmə müəllifi olub. "Şəhərlilər"in heyətində 5 titula sahib çıxan Rodri 2018-ci ildən debüt etdiyi millidə 33 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Mançester Siti" 2021/2022 mövsümündə ardıcıl ikinci dəfə İngiltərə çempionu olub.