Türkiyə "Fənərbağça"sından ayrılan Mesut Özilin yeni klubu bəlli olub.
Sportnet.az "TRT Spor"a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Başakşehir"lə anlaşıb.
Təcrübəli oyunçu ilə yaxın günlərdə müqavilə bağlanacaq.
Qeyd edək ki, Mesut Özil 2021-ci ilin yanvarında "Fənərbağça" ilə 3,5 illik sözləşmə imzalamışdı. Özil bu il martın 24-də sabiq baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı. Klub iyulun 11-də təcrübəli futbolçunun müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.