
İtaliyanın "Roma" klubunun yeni transferi Paulo Dibala İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronalduya məxsus rekordu qırıb.
Sportnet.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, ilk gündə 29 yaşlı hücumçunun 530 min forması satılıb.
Daha əvvəl onun sabiq komanda yoldaşı Ronaldu 2018-ci ildə "Yuventus"a keçərkən rekord müəyyənləşdirib. Həmin vaxt portuqaliyalı oyunçunun 500 min forması alınıb.
Qeyd edək ki, Paulo Dibala "Roma"ya Turin təmsilçisindən azad agent kimi keçib. Forvard "canavarlar"la 3 illik müqavilə imzalayıb.