Azərbaycan millisinin futbolçusu Höccət Haqverdi "Sumqayıt"dan ayrılıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi İranın "Traktor" komandasına transfer olunub.
"Gənclik şəhəri" təmsilçisi təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Höccət Haqverdi 2021-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. O, Azərbaycan yığmasında 13 matça çıxıb.