
İsveçrədə "Sürix"ə qarşı keçirilmiş UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medina 2-3 həftə yaşıl meydanlardan kənarda qala bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, 29 yaşlı kolumbiyalı müdafiəçi böyük ehtimalla Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin ilk oyunu buraxacaq: "Buradan birbaşa MRT müayinəsinə gedəcək. Bəlkə də 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq".
Qeyd edək ki, Kevin Medina "Sürix"lə 2:2 hesablı heç-heçə ilə başa çatmış matçın 43-cü dəqiqəsində zədələnib.