
“Turan Tovuz” Gürcüstandakı təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasına qayıdan klub Tbilisidə yüksək liqa təmsilçisi "Qaqra" ilə üz-üzə gəlib.
Tovuz komandası Ayxan Hüseynov və Natan Oduvanın qolları ilə meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, Gürcüstan toplanışını 2 qələbə, 1 heç-heçə ilə başa vuran komanda iyulun 30-da Vətənə dönəcək.