"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Donald Gerye Polşanın III liqasında çıxış edən "Veçista" komandasına keçməsinin səbəbini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, haitili yarımmüdafiəçi bu addımı fiziki formasını qoruyub-saxlamaq üçün atdığını söyləyib.
33 yaşlı oyunçu bildirib ki, Kipr "Apollon"undan ayrıldıqdan sonra transfer vərəqəsini vaxtında ala bilməyib: "Bir çox klubla danışıqlar aparsam da, həmin sənədə görə transferim baş tutmadı. Formada qalmaq və növbəti transfer pəncərəsinə hazır olmaq mənim üçün vacib idi. Ona görə də aşağı liqa klubu ilə 6 aylıq müqavilə imzalamağı seçdim. Karyerama çox ciddi yanaşdığım üçün peşəkar futbolçu kimi məşq etmədən qala bilməzdim və bu seçim məcburi idi".
Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə də "Qarabağ"ın şərəfini qoruduqdan sonra "Neftçi"yə transfer olunub. O, 2020/2021 mövsümünün ilk yarısını da Ağdam klubunda keçirib.