
Məşhur rusiyalı mütəxəssis Valeri Karpin Ermənistan yığmasının baş məşqçi postuna əsas namizəddir. Sportnet.az-ın "Sportbox.ru"ya istinadən məlumatına görə, 46 yaşlı mütəxəssis bugünlərdə İrəvanda olub. 
O, Ermənistan Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb. Razılıq əldə olunacağı təqdirdə, Karpin AVRO-2016-nın seçmə qrup matçında Albaniyaya 1:2 hesablı məğlubiyyətdən sonra istefa vermiş Bernard Şallandı əvəzləyəcək. 
Qeyd edək ki, Valeri Karpinin son  iş yeri İspaniyanın "Malyorka" klubu olub. O, həmin klubdan fevralda qovulub. Karpin əvvəllər Rusiya "Spartak"ında da baş məşqçi kimi çalışıb.









                 





    
    
    
    
    
    
    
    
    





















































