1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Qəbələ" Danimarka klubuna qalib gəldi
"Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət komandasının da iştirak etdiyi ənənəvi beynəlxalq "VI Manavqat” turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" Türkiyədə təşkil olunan yarışdakı son oyununda Danimarkanın "Holbak” klubu ilə üz-üzə gəlib.
13-14-cü yerlər uğrunda mübarizə aparan komandaların oyununda qalib müəyyənləşməyib – 1:1. "Qəbələ"nin heyətində Veysəl Rzayev komandasının yeganə qoluna imza atıb. 13-cü yerin taleyinə oyun sonrası penaltilər seriyasında aydınlıq gəlib. 3:2 hesabı ilə qalib gələn Ülfət Mədətovun yetirmələri turnirdə çıxış edən 24 komanda arasında 13-cü olub. "Qırmızı-qaralar” sabah axşam saatlarında Azərbaycana qayıdacaq.
Qeyd edək ki, "VI Manavqat” turnirinin final oyununda İngiltərə "Çelsi”si və Türkiyə "Qalatasaray”ı üz-üzə gəlib. Bu qarşılaşmada əvvəl London təmsilçisi 2 qol vursa da, türkiyəlilər hesabı bərabərləşdirməyə nail olub. Lakin "Çelsi” matçın sonlarında 3-cü dəfə fərqlənməklə turniri çempion kimi başa vurub.