Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu Türkiyənin "Kayserispor" klubu bu gün növbəti matçını keçirib. Sportnet.az-ın məlumatına görə, 1-ci liqanın XXVI turunda "Giresunspor"u qonaq edən Kayseri təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.
Yığmanın qapıçısı Ağayev bu görüşdə 90 dəqiqə meydanda olub. Təcrübəli əlcək sahibi oyun ərzində penalti dəf edib.
Qeyd edək ki, "Kayserispor" hazırda 56 xalla turnir cədvəlinə liderlik edir.