
Türkiyənin "Fənərbağça" klubunun futbolçularını daşıyan avtobusa silahlı hücumda şübhəli bilinən 2 nəfər saxlanılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Trabzon valisi Abdil Cəlil Öz açıqlama verib.
O, əldə olunan bütün dəlillərin saxlanılanlarla üst-üstə düşdüyünü və doğru şəxslərin üzərində dayandıqlarını deyib. Saxlanılan S.Nihat adlı şəxs tibbi müayinədən sonra yenidən Trabzonda yerləşən polis bölməsinə aparılıb.
Qeyd edək ki, aprelin 4-də Türkiyə Super Liqasının "Rizəspor"la səfər oyunundan dönən içərisində "Fənərbağça" futbolçularının olduğu avtobus silahlı hücuma məruz qalıb. Nəticədə sürücü yaralanıb.









                 





    
    
    
    
    
    
    
    
    





















































