“Neftçi” futbolçusu Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.
Gürcülər noyabrın 17-də Mərakeş millisi ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
Qeyd edək ki, Soloman Kvirkveliya yığmanın heyətində 46 oyun keçirib.