DÇ-2022-də Qətər və Ekvador yığmaları arasında keçiriləcək açılış oyununun baş hakimi müəyyənləşib.
Sportnet.az-ın FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu, Daniele Orsatodur. İtaliyalı referi dünya çempionatında ilk dəfə çalışacaq. O, AVRO-2020-də 3 qarşılaşmanı idarə etmişdi.
Qeyd edək ki, noyabrın 20-də Qətərin Əl Havr şəhərindəki "Əl-Beyt" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. A qrupunda Seneqal və Niderland milliləri də yer alıb.