Qətərdə ev sahibləri ilə Ekvador millisi arasında keçirilmiş dünya çempionatının açılış matçının ən yaxşı futbolçusu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada Cənubi Amerika təmsilçisinin hücumçusu Enner Valensiya layiq görülüb.
Türkiyənin "Fənərbağça" klubunda çıxış edən forvard Qətərə 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.
Onun 3-cü dəqiqədə vurduğu qol isə VAR sistemi tərəfindən ləğv olunub.
Qeyd edək ki, Ekvador millisi bu qələbə sayəsində qrupda ilk sıraya yüksəlib.