
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu Türkiyənin I Liqa təsmilçisi "Kayserispor" növbəti matçını keçirib. Sportnet.az-ın məlumatına görə, Türkiyə Kubokunun 1/4 final mərhələsində "Sivasspor" komandası ilə cavab matçına çıxan "sarı-qırmızılar" penaltilər seriyasında uduzub. 
Oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib. İlk matçda da eyni nəticə qeydə alındığından, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Medicana Sivasspor" 4:2 hesablı üstünlüklə növbəti mərhələyə adını yazdırıb.
Qeyd edək ki, Kamran Ağayev görüşü kənardan izləməli olub. Onun adı ilk "18"likdə olmayıb.









                 





    
    
    
    
    
    
    
    
    






















































