
“Fənərbağça” klubu Türkiyə millisinin futbolçusu Samet Akaydını transfer edib.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı mərkəz müdafiəçisini “Adana Dəmirspor”dan heyətinə qatıb.
Akaydın “sarı-lacivərdlilər”lə 3,5+1 illik müqaviləyə qol çəkib. Anlaşmaya əsasən, oyunçu 2025/2026 mövsümündə minimum 20 matçda iştirak etsə, sözləşməsi avtomatik olaraq birillik uzadılacaq.
“Adana Dəmirspor” bu transferdən 4 milyon avroluq qazanc əldə edib.