Türkiyə "Beşiktaş"ı 6 legioneri ilə yollarını ayırmağa hazırlaşır.
Sportnet.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi niderlandlı Vaut Veqhorst, mərakeşli Romen Saiss, fransalı Kevin N Kudu və Artur Masuaku, ingiltərəli Dele Alli və ispaniyalı Fransisko Montero ilə vidalaşır.
Klub rəhbərliyi qış fasiləsində sözügedən oyunçularla əməkdaşlığı dayandırmaq niyyətindədir. Hazırda 14 əcnəbi futbolçusu olan "Beşiktaş" müdafiə, yarımmüdafiə və hücum xəttinə yeni transferlər etmək istəyir.