Portuqaliya millisinin və İspaniya “Atletiko”sunun futbolçusu Joau Feliksin İngiltərə klubu “Çelsi”yə keçidi rəsmiləşib.
Sportnet.az Premyer Liqa təmsilçisinin saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb.
“Zadəganlar” 6 aylıq icarə haqqı olaraq qarşı tərəfə 9 milyon avro ödəyib. Sözləşmədə oyunçunun birdəfəlik satınalma variantı nəzərdə tutulmayıb.
Qeyd edək ki, Joau Feliksin “Atletiko” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.