Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin gənc futbolçulardan ibarət simvolik komandasını açıqlayıb.
Sportnet.az qurumun saytına istinadən xəbər verir ki, 20 yaşadək oyunçuların il ərzindəki çıxışlarına əsasən, 3-4-3 sisteminə uyğun rəmzi komanda qurulub.
Qapıçı: Qavin Bazunu (İrlandiya/“Sauthempton”)
Müdafiəçilər: Pyero İnkape (Ekvador/“Bayer”), Yoşko Qvardiol (Xorvatiya/“Leypziq”), Nuno Mendeş (Portuqaliya/PSJ)
Yarımmüdafiəçilər: Qavi, Pedri (hər ikisi İspaniya/“Barselona”), Cüd Bellingem (İngiltərə/“Borussiya” Dortmund), Eduardo Kamavinqa (Fransa/“Real”)
Hücumçular: Camal Musiala (Almaniya/“Bavariya”), Kərim Adeyemi (Almaniya/“Borussiya” Dortmund), Ansu Fati (İspaniya/“Barselona”).