"Qarabağ" Rusiya "Krasnodar"ına satdığı futbolçusu Kadi Borgeslə vidalaşıb.
Qol.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında paylaşım olunub. Ağdam təmsilçisi 26 yaşlı yarımmüdafiəçiyə təşəkkür edib və ona uğurlar arzulayıb:
"Kadi Borgesə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Təşəkkürlər, Kadi!"
Qeyd edək ki, Kadi 2021-ci ildən "Qarabağ"ın formasını geyinirdi. O, bu mövsüm 31 oyunda 8 qol vurub və 11 qolun ötürməsini verib. "Krasnodar" bu gün braziliyalı oyunçu ilə 2026-cı ilin yayınadək sözləşmə imzalandığını açıqlayıb. Qeyri-rəsmi məlumatlara görə, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanıb.