Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” son yoxlama görüşündə uduzub.
Sportnet.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Çexiya klubu ilə qarşılaşıb.
Oyun rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin heyətində yeganə qolu 13-cü dəqiqədə Ramon Maçado vurub.
"Qəbələ” bununla Türkiyə toplanışını başa vurub. Elmar Baxşıyevin yetirmələri sabah Vətənə qayıdacaqlar. “Qırmızı-qaralar” Antalya toplanışı çərçivəsində “Sepsi” (Rumıniya) ilə heç-heçə (2:2) edib, “Lukenvalde”yə (Almaniya) qalib (3:2) gəlib.
"Kəpəz" isə Antalyadakı ikinci sınağında Serbiyanın "Novi Pazar" klubu ilə qolsuz heç-heçəyə razılaşıb. Gəncə təmsilçisi toplanışda son matçını Qazaxıstan "Kaysar"ına qarşı keçirəcək.