Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.
Sportnet.az xəbər verir ki, bu, komandanın Antalyadakı təlim-məşq prosesi zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
Bu da o deməkdir ki, Məhəmmədəliyev UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”i ilə oyunları buraxacaq.
"Qarabağ” bu komandaya qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib.