İspaniya "Real Madrid"inin prezidenti Florentino Peresin istefa verəcəyi vaxt bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə yerli jurnalist Siro Lopes özünün tviter səhifəsində paylaşım edib.
O bildirib ki, 76 yaşlı funksioner 2025-ci ildə "kral klubu"ndan ayrılacaq. Klub prezidenti "Santyaqo Bernabeu" stadionunun yenidən qurulması başa çatdıqdan sonra Madrid təmsilçisini tərk edəcək.
Qeyd edək ki, Florentino Peres ilk dəfə 2000-ci ildə "Real Madrid"ə rəhbərlik edib. 2006-cı ilin fevralında vəzifəsindən ayrılan funksioner 2009-cu ildə yenidən kluba qayıdıb.