“Neftçi”nin yetirməsi Nazim Məmmədzadə İspaniyada klubunu dəyişib.
Sportnet.az xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi “Marino Luanko” komandasına keçib.
2022-ci ilin oktyabrından İspaniyanın “Moralo” komandasında çıxış edən gənc oyunçu “Marino Luanko” ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Nazim Məmmədzadə 2022-ci ilin fevralında “Neftçi”dən Şimali Makedoniya təmsilçisi “Renova”ya keçib.