İranda futbol üzrə I Liqanın oyunu qeyri-adi hadisəyə görə gec başlayıb.
Sportnet.az-ın IRNA-ya istinadən məlumatına görə, Rusiya Prezidentinin köməkçisi İqor Levitinin helikopterinin qəfildən stadionun meydançasına eniş etməsi səbəbindən qarşılaşmanın startı ləngiyib.
Hadisə Azərbaycanla həmsərhəd Gilan vilayətinin Astara şəhərində baş verib. Levitin Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək Rəşt-Astara dəmir yolunun açılışında iştirak etmək üçün İrana yollanıb.