
UEFA İcraiyyə Komitəsinin bu il keçiriləcək ilk iclasının gündəliyi açıqlanıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 25-də İsveçrənin Nyon şəhərində baş tutacaq toplantıda vacib məsələlər müzakirə olunacaq.
Gündəlikdə duran əsas mövzular aşağıdakılardır:
- AVRO-2024-dən sonra kişilərdən ibarət milli komandalar arasında keçiriləcək yarışların formatları
- 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında 2025-ci il Avropa çempionatının final oyunun ev sahiblərinin seçilməsi
- Futzal üzrə UEFA Çempionlar Liqasında 2022/23 mövsümünün final mərhələsini qəbul edəcək ölkələrin müəyyənləşdirilməsi
- 21 yaşadək futbolçular arasında 2023-2025-ci illər Avropa çempionatının reqlamenti
- UEFA Millətlər Liqası və seçmə mərhələ də daxil olmaqla qadınlar arasında 2023-2025-ci illər Avropa çempionatının reqlamenti
İcraiyyə Komitəsinin növbəti iclası aprelin 4-də - UEFA-nın 47-ci Konqresindən bir gün əvvəl Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.