Sportnet.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Kilan Lebon klubun televiziyasına müsahibəsində deyib.
25 yaşlı yarımmüdafiəçi bildirib ki, məqsədi klubun istəklərini həyata keçirməkdir: "Öz oyun üslubumla komandaya bacardığım qədər fayda vermək istəyirəm. İstəyirəm ki, həm klub, həm azarkeşlər, həm də bizim hamımız xoşbəxt olaq".
O, daha sonra vurğulayıb: "Əvvəlcə "İstaqram"dakı bütün bu şərhləri görəndən sonra telefon əlimdəykən gülümsəyirdim. Çünki azarkeşlərin səni istəməsi çox yaxşı hissdir. Mən də öz növbəmdə azarkeşlərə demək istəyirəm ki, meydanda əlimdən gələnin ən yaxşısı etməyə çlışacağam. Oyunlarda ürəyimi qoyacağam. Çalışacağam ki, qol vurum, qələbələr qazanım və hər şeyə nail olum".
Qeyd edək ki, K. Lebon "Neftçi" ilə 1,5+1 illik müqavilə imzalayıb.