Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında növbəti oyuna çıxıb.
Qol.az xəbər verir ki, paytaxy klubu XVIII turda "Qoritsa"nı qəbul edib . Matç qolsuz bərabərliklə başa çatıb.
Emreli sözügedən görüşə ehtiyat oyunçular skamyasında başlayıb. 26 yaşlı hücumçu 62-ci dəqiqədə meydana daxil olub və sona kimi oynayıb.
Qeyd edək ki, "Dİnamo" 17 oyuna 42 xalla liderdir. "Qoritsa" isə 18 oyuna 9 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.