Azərbaycanın 2023-cü ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mərasim "Marriott Baku Boulevard" hotelində gerçəkləşib.
Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və Hakimlər Komitəsinin sədri Barış Şimşek iştirak edib.