
"Sumqayıt"ın futbolçusu Vurğun Hüseynov zədələnib.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi səfərdə "Zirə"yə qarşı keçirdikləri Premyer Liqanın XIX tur oyununda sıradan çıxıb.
Kapitanın yerinə meydana 34-cü dəqiqədə Rüfət Abdullazadə daxil olub.
Qeyd edək ki, "Sumqayıt" hazırda 1:0 hesabı ilə öndədir.