İtaliyanın "Kalyari" klubuna yeni baş məşqçi Canluka Festa təyin olunub. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Festaya kimi "Kalyari"yə Zdenek Zeman başçılıq edirdi. 18 apreldə klubun azarkeşləri məşq bazasına basqın edərək futbolçulara hücum etmişdilər.
Qeyd edək ki, "Kalyari" İtaliya çempionatında 31 turdan sonra 21 xalla autsayderlər sırasında 19-cu pillədə qərarlaşıb. A seriyanı tərk etməmək üçün 17-ci pilləyə yüksəlmək lazımdır. Burada isə "Kalyari"dən 9 xal üstün olan "Atalanta" yerləşir.