
İtaliyanın "Yuventus" klubu 2003-cü ildən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib. Sportnet.az-ın məlumatına görə, sonuncu dəfə turinlilər 2002-2003-cü il mövsümündə 1/4 final səddini dəf edə biliblər.
Həmin vaxt finala gedən yolda "Qoca Sinyora"nın qarşısını "Milan" kəsib.
Qeyd edək ki, bu mövsüm "Yuventus" 1/4 finalda "Monako"nu 2 oyunun nəticəsində (1:0, 0:0) üstələyərək, mərhələ adlayıb. Baş məşqçi Massimiliano Alleqrinin komandasından əlavə, Almaniyanın "Bavariya", eləcə də İspaniyanın "Real Madrid" və "Barselona" klubları da yarımfinala vəsiqə qazanıb.








































































