Avropa Şurasının Parlament Assambleyası (AŞPA) FİFA-nı 2022-ci il dünya çempionatına ev sahibinin müəyyənləşdirilməsi üçün təkrar seçki keçirməyə çağırıb. Sportnet.az-ın məlumatına görə, AŞPA-nın rəsmi saytında bildirilir ki, seçim proseduru qeyri-qanuni hərəkətlərlə prinsipialcasına pozulub.
Bu səbəbdən, FİFA-nın seçkini ədalətli prosedurların köməyilə yenidən keçirməli olduğu bildirilir.
Qeyd edək ki, daha öncə Britaniya mətbuatında 5 milyon dollardan çox rüşvət qarşılığında dünya çempionatına təşkilatçılıq hüququnun Qətərə verildiyi yazılıb. Amma araşdırma nəticəsində FİFA Qətər üzərindən korrupsiya şübhələrini rəsmən götürüb.