
Bu gün Türkiyə I Liqasında  XXIX  tura start verilib . Sportnet.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq futbolçusu Ufuq Budağın komandası "Qaziantep BB" "Adana Dəmirspor"un qonağı olub. Matç Bakı vaxtı ilə 21:00-da start götürən matçda qalib müəyyənləşməyib - 3:3. Budaq görüşdə 90 dəqiqə meydanda olub. 
	
	
Millimizin daha bir sabiq müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu autsayderlər sırasında olan "Dənizlispor" komandası "Karşıyaka"nı qəbul edib. Məlikovin ehtiyatda olduğu matç 2:0 hesabı ilə komandasının xeyrinə başa çatıb. 
	
	
Qeyd edək ki, turun digər oyunları bu gün və sabah keçiriləcək. 









                 





    
    
    
    
    
    
    
    
    





















































