![](/uploads/posts/2023-03/medium/1677847396_0e7759c1-d6fa-3d95-85d2-8ed2723aa15a_850.jpg)
Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu Fransa PSJ-sində çıxış edən ulduz futbolçu Lionel Messiyə böyük məbləğli müqavilə təklif edəcək.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, artıq 36 yaşlı hücumçunun yaxın ətrafı ilə əlaqə saxlanılıb.
Təcrübəli forvarda hər mövsüm üçün 94 milyon dollarlıq sözləşmə təklif olunur.
Qeyd edək ki, Messinin Paris təmsilçisi ilə müqaviləsi yayda başa çatmalıdır. O, cari mövsümdə 28 oyuna çıxıb, 17 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.