
"Bavariya" klubu tarixində 25-ci dəfə Almaniya çempionu olub. Sportnet.az-ın məlumatına görə, Münhen komandası Bundesliqanın 30-cu turunda "Volfsburq"un Mönhenqladbax "Borussiya"sına 0:1 hesablı məğlubiyyətindən sonra qızıl medalları təmin edib.
Hazırda baş məşqçi Xosep Qvardiolanın komandası 76 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki "Volfsburq"un isə 61 xalı var. Çempionatın sonuna isə cəmi 4 tur qalıb. 
Qeyd edək ki, bu, "Bavariya"nın ardıcıl 3-cü çempionluğudur. 









                 





    
    
    
    
    
    
    
    
    






















































